“Ağ Yol” Parlament seçkisi ilə bağlı sorğuya start verir

10-09-2015, 18:55
0
“Ağ Yol” Parlament seçkisi ilə bağlı sorğuya start verir
“Ağ Yol” Vətəndaş Hərəkatı 2015-ci il Parlament seçkisi ilə bağlı sorğuya başlayır. Bununla bağlı bu günə kimi də müxtəlif sorğular keçirilib, lakin onlar konkret adı və mənşəyi bəlli olmayan adamlar tərəfindən idarə olunub və müxtəlif maraqlı qüvvələrə xidmət edib. Bunun üçün də tərəfsiz, neytral və ədalətli sorğunun keçirilməsinə ehtiyac yaranıb. Bu tezisi əsas tutaraq, “Ağ Yol” Vətəndaş Hərəkatı tezliklə Parlament seçkisi ilə bağlı sorğuya başlayacaq.
 
Sorğunun predmeti 2015-ci il Parlament seçkisində 125 dairə üzrə iştirak edən deputatlığa namizədlərin reytinqi barədə mütəmadi məlumatlar vermək, sorğular keçirmək və nəticələri geniş ictimaiyyətə təqdim etməkdir. Həmçinin, 125 dairə üzrə seçki günü seçki fəallığı və seçkinin nəticələri ilə bağlı da mütəmadi məlumatlar veriləcəkdir.
 
Bizi izləyin. Tezliklə sorğuya və müzakirələrə başlayırıq!
 
скачать dle 12.1
Xəbər lenti