Bu gün qanunsuz olaraq 30 gün müddətinə həbsə məhkum edilən AXCP Gənclər Komitəsinin üzvü Emil İskəndərovun apellyasiya şikayətinə baxılıb. Bu barədə onun vəkili Əsabəli Mustafayev öz “facebook” səhifəsində yazıb:
“Bu gün cəbhəçi fəal İskəndərov Emil barədə 30 gün müddətinə inzibati həbs tədbiri tətbiq olunmasından verilmiş apellyasiya şikayətinə baxıldı. Rəsmi versiya köhnədən qalmadır: küçədə gedərkən yüksək səslə mobil telefonla danışıb, söyüş söyüb, bu hərəkətin dayandırması barədə polisin tələbinə tabe olmayıb. Bu versiyanı təkzib edən əsas versiyamız: tutulanda onun üzərində telefon ümumiyyətlə olmayıb. Sübut: üzərindən çıxan əşyaların içərsində telefon yoxdur. Polislər gəlib evdən aparıblar, ailə üzvləri buna şahiddirlər.Digər onlarla dəlili isə daha demirəm. Ancaq nə olmalı idisə, o da oldu.”