İlham Əliyev Azərbaycan, İran və RF prezidentlərinin deklarasiyasını təsdiqləyib
8-12-2016, 15:40
0
İlham Əliyev Azərbaycan, İran və RF prezidentlərinin deklarasiyasını təsdiqləyib
Prezident İlham Əliyev Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Bəyannamə cari ilin avqustun 8-də dövlət başçısı İlham Əliyevin həmkarları Həsən Ruhani və Vladimir Putinlə üçtərəfli görüşü ilə əlaqədar qəbul edilib. Sənəddə əsasən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin bütün spektrləri üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun dərinləşdirilməsi və genişləndirilməsi vurğulanıb.
Bəyannamədə həmçinin üç ölkənin terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə və nformasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə qarşı daha qətiyyətlə qarşı durmaq barədə danışılır.
Tərəflər həmçinin mədəniyyət, gənclər mübahiləsi, turizm və biznes sahəsində üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirmək, konsulluq və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət niyəttləri barədə bildiriblər.
скачать dle 12.1