Kerri ilə Lavrov Hələbi müzakirə ediblər

8-12-2016, 15:41
0
Kerri ilə Lavrov Hələbi müzakirə ediblər

ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Hələbdə atəşkəs və humanitar yardım məsləsini müzakirə ediblər.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Nazirlər Şurasının iclası üçün Almaniyanın Hamburq şəhərində görüşən Kerri və Lavrov, dünən gecə oteldəgörüşüblər.

Kerri görüşdən sonra, başçılıq etdiyi amerikalı jurnalistlərə verdiyi açıqlamada, Lavrov ilə görüşlərində Hələbdəki fövqəladə vəziyyəti müzakirə etdiklərini deyib.
 
Rusiya xarici işlər naziri Sergey Lavrov, dünən gecə Almaniyanın xarici işlər naziri Frank Uolter Steinmeier ilə də görüşüb.

скачать dle 12.1
Xəbər lenti