AXCP sədri Əli Kərimli 23 illik Əliyevlər hakimiyyətinin Azərbaycanı bir çpx fürsətlərdən məhrum etməsi barədə yazıb. AXCP liderinin feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik:
İran Avropa Birliyindən 100 ədəd Airbus təyyarəsi, ABŞ-dan isə 80 ədəd Boeing alacaq. Sanksiyalar götürüldükdən sonra İran neft istehsalını sürətlə artırır və nəhəng bazar olaraq bütün dünyanın üzünə açılır. Avropa və Rusiyanın neft və qaz nəhəngləri olan Total, Shell, Лукойл, Газпром və s. İran bazarından əhəmiyyətli pay alıblar. Hazırda sənayesi az-çox inkişaf etmiş bütün dövlətlər 100 milyardlarla dollarlıq bu yeni bazarda öz payını almağa çalışır. Bəs biz necə, bütün dünyanın can atdığı, qonşuluğumuzdakı bu bazardan faydalana bilirikmi? Təbii ki, yox. Nə ilə girək İran bazarına, nə istehsal edə bilirik? Bəli, neftdən gələn 150 milyard dollar düzgün istifadə edilmiş, ölkədə normal bazar iqtisadiyyatı, rəqabət mühiti yaranmış olsaydı, ölkəmiz də dünya bazarına çıxacaq məhsullar istehsal edərdi, üstәlik məşhur dünya brendləri də Azərbaycanda zavod və fabriklərini açıb, istehsalla mәşğul olardı vә indi yenidən açılan İran bazarında Azərbaycan şirkətləri özlərinə yaxşı yer tutardı, hökumətimiz də 23 ildən sonra iqtisadi model axtarmazdı. Ölkə olaraq çox böyük fürsətlər itirdik.