“Avropa Parlamenti xalqımızın maraqlarını müdafiə edib”

13-09-2015, 16:13
0
“Avropa Parlamenti xalqımızın maraqlarını müdafiə edib”

Keçmiş səfir hakimiyyətin anti-Avropa kampaniyasına cavab verdi

Avropa Parlamentinin hakimiyyətə qarşı sərt qətnaməsi və ATƏT-in seçkini müşahidədən imtina zərbəsindən sonra rəsmi Bakı anti-Avropa kamaniyasını yenidən gücləndirib. Artıq neçə gündür Avropa Biriliyinə, ATƏT-ə qarşı ittiham dolu çıxışlar baş alıb gedir. Hətta etiraz nümayişinə də baş vurulub.

Azərbaycanın Avropa Birliyi və Avropa Şurasında keçmiş səfiri Arif Məmmədov hakimiyyətin bu kampaniyasına özünün facebook səhifəsində münasibət bildirib.

“AzTVdə Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar hakimiyyətin yetişdirdiyi “ziyalılar” utanmadan ağla gəlməyən yalanlar danışaraq, əhalini çaşdırmağa çalışırlar.

Məsələyə keçməmişdən əvvəl bir şeyi xüsusi olaraq qeyd etmək istəyirəm: “ziyalı”, “içtimayi xadim” “deputat” adından sui istifadə edərək xalqı aldatmaqla məşqul olanlar oturub xalqın kasıblığı və bədbəxtliyi hesabına pul qazananlardan daha iyrənc görünürlər”, – deyə o, fikirlərini açıqlamağa başlayır.

Ardınca isə hakimiyyətin anti-Avropa tezislərini sadalayır və onlara cavab verir:

Yalan 1: “Avropa Parlamentinin qərarlarının bizə heç bir təsiri yoxdur”.

Həqiqət: Təsiri yoxdursa, bəs nəyə görə bütün “savadlı politoloqlar” olmayan potensialını məhz bu qərarın cəmiyyətdə doğura biləcək və sizlər üçün mənfi olacaq təsirini azaltmağa yönəldiblər?

Yalan 2: “Avtopa İttifaqı batıb gedir”.

Həqiqət: Avropa İttifaqı dünyada ən mötəbər beynəlxalq təşkilatlardandır, onun qəbul etdiyi qərarlara bütün dünyada hörmət və ehtıramla yanaşırlar.

Avropa İttifaqının illik büdcəsi 150 milyard avroya yaxındır. Müqayisə üçün: İslam Əməkdaşlıq Təşkilatının budcəsi cəmi 27 milyon dollardı, yəni 6000 dəfə aşağı. İƏT-in büdcəsi Aİ-nın heç bir saatlıq büdcəsini təşkil eləmir.

Yalan 3: “Avropa Parlamenti ermənipərəst təşkilatdır, heç vaxt Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyib və bu qətnamənin təşəbbüsçüləri erməni lobbisinə qulluq edir”

Həqiqət: Bu qətnamənin müəllifləri hər zaman Azərbaycanın ərazi bütövlülünü dəstəkləyən insanlardı. Son illərdə Avropa Parlamenti Azərbaycanla bağlı qəbul etdiyi bütün qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyini ifadə edib. Əslində bir az da dərinə getsək deyə bilərik ki, hakimiyyət artıq “ermənipərəst” arqumentinin öz əhəmiyyətini itirdiyini başa düşür və indi onu “antiislam” damğası vuraraq xarakterizə edir.

Yalan 4: “Avropa İttifaqi İslamofob bir təşkilatdır”.

Həqiqət: İslamofob təşkilat olsaydı bütün мüsəlman ölkələrindən olan migrantlar Avropa ölkələrinə yox “Dünyada analoqu olmayan” Azərbaycana qaçardı. Mən bu yaxınlarda Niderlandın Rotterdam şəhərinə getmişdim. Şəhərin mərkəzinə olan girişində möhtəşəm məscid durub. Brüsseldə məsçidlərin sayı Bakıdakından bəlkə də 20 dəfə artıqdır. Brüsseldə anadan olan uşaqlar arasında qeydiyyatdan keçən ən çox ad Məhəmməddir.

Avropaya gələn hər bir qaçqın orta hesabla ayda 600-850 avro yardım alır. Tibbi və diqər məsələlər isə təmənnasız təmin edilir. Hər bir uşaq üçün orta hesabla, qəbul edən ölkədən asılı olaraq 150-250 avro arası yardım verilir. Avropada ərzaq məhsullarının qiyməti isə bizdəkindən ən azı iki dəfə aşağıdır.

Yalan 5: “Avropa Parlamenti Azərbaycan xalqına qarşı olan təskilatdır”

Həqiqət: Avropa Parlamenti əslində bu qətnamədə xalqımızın maraqlarının müdafiəsində durur. Günahsız həbs olunan vətəndaşlarımızın qayğısına qalır. Əgər hakimiyyət özünü xalqın hissəsi hesab edirsə, bizim xalq artıq bunu belə hesab etmir.

скачать dle 12.1
Xəbər lenti