Milli Məclis Avropaya görə toplandı

14-09-2015, 18:09
0
Milli Məclis Avropaya görə toplandı

Bu gün Milli Məclisinin növbədənkənar xüsusi plenar iclası keçiriləcək.  

İclasın çağırılmasında məqsəd Avropa Parlamentinin 10 sentyabr tarixli iclasında Azərbaycandakı insan hüquqlarının vəziyyətilə bağlı qəbul olunmuş qətnamənin müzakirəsidir. Milli Məclis adından Avropa Parlamentinə cavab veriləcəyi gözlənilir.  

Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında qərar qəbul ediləcəyini deyib.  

"Milli Məclisin bu gün keçiriləcək növbədənkənar xüsusi plenar iclası Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə bağlıdır. Milli Məclisin daxili nizamnəməsinə görə, deputatların müraciətləri əsasında Milli Məclisin növbədənkənar plenar iclasının keçirilməsi qərarlaşdırılıb. Baş tutacaq iclasda əsas müzakirə olunacaq məsələ Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi olacaq. İclasın gedişatında deputatların çıxışlarından asılı olaraq qərar qəbul ediləcək”, - Akif Təvəkküloğlu bildirib. 

скачать dle 12.1
Xəbər lenti