"işgəncə faktı araşdırılır" DİN

22-08-2012, 14:58
0
"işgəncə faktı araşdırılır" DİN

Bir neçə gün öncə Dünya Xəbərləri İnformasiya Agentliyinin (DXİA) siyasət şöbəsi müxbiri Mikayıl Əsədovun saxlanılması haqqında xəbər yayılmışdı.

 

Jurnalistin “Banditizm” tərəfindən saxlanıldığı və işgəncələrə məruz qalması bildirilirdi.

 

Daxili İşlər Nazirliyi ilk öncə saxlanılma hadisəsini gizlətsə də sonradan açıqlama vermiş və saxlanılmanı təsdiq etmişdi. Lakin saxlanılmanın səbəblərinə aydınlıq gətirməkdən boyun qaçırırdı.

 

Məlum olduğu kimi bu il repressiyalara start verilib və bu fonda çox sayda fəallar, jurnalistlər təqib edilir, həbsə atılır, işgəncələrə məruz qalır.

 

DXİA -nin müxbiri Mikayıl Əsədov da bu repressiyadan nəsibini alan jurnalistlərdən oldu. Bir neçə gün "Banditizm"də saxlanılan gənc müxbirin səhhəti pisləşdiyindən onu daha çox saxlamamaq qərarı alınmış və iltizam alınaraq sərbəst buraxılmışdı. Lakin onun ciddi işgəncələrə məruz qalması səbəbindən dərhal xəstəxanaya yerləşdirilməsi də, bir daha işgəncələri təsdiq edir.

 

Qeyd edək ki, Mikayıl Əsədov Travmatologiya İnistutuna yerləşdirilib və bədənində işgəncə nəticəsində yaranan qırıqlar və əzilmə kimi zədələr mövcuddur.

 

İşgəncələrə Dair Azərbaycan Komissiyası rəhbəri Elçin Behbudov Trend İnformasiya Agentliyinə işgəncə faktı ilə bağlı araşdırma aparacağını açıqlayıb. 

скачать dle 12.1
Xəbər lenti