Məntəqə katibi anti-demokratik seçki mühitinə etiraz olaraq istefa verdi

17-09-2015, 22:41
0
Məntəqə katibi anti-demokratik seçki mühitinə etiraz olaraq istefa verdi

Hakimiyyətin yaratdığı anti-demokratik seçki mühitinə qarşı etirazlar davam edir. Milli Şuranın seçkiyə qatılmaması,  Avropa Parlamenti və ATƏT-in Azərbaycandakı vəziyyətlə bağlı birmənalı mövqeyi, hakimiyyət üçün arzuolunmaz vəziyyət yaradıb.  Artıq hər kəs qarşıdan gələn parlament seçkilərinin seçki yox, bir tamaşa olduğuna əmindir. Vicdanı olanlar isə bu şoudan imtina edir, seçki saxtakarlığında yer almaq istəmir. “Azadlıq”a üz tutan Əhmədov Rövşən Sədi oğlu da seçki saxtakarlığında yer almamaq üçün bəyanatla 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı məntəqə seçki komissiyasının katibi vəzifəsindən imtina edi. Həmin bəyanatı təqdim edirik:

“Mən Əhmədov Rövşən Sədi oğlu hazırda 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı məntəqə seçki komissiyasının katibiyəm. Lakin Milli Şuranın seçki ilə bağlı verdiyi qərarı, beynəlxlaq təşkilatların sərgilədiyi mpvqeni haqlı hesab edirəm. Mən də seçki komissiyasının katibi kimi hazırkı şərtlər altında seçkilərə getməyin mənasız olduğunu hesab edirəm və yaradılmış acınacaqlı vəziyyətə etiraz olaraq tutduğum vəzifədən imtina edirəm”.

IMAG3281

IMAG3283

скачать dle 12.1
Xəbər lenti