Mühacir müxalifətçinin ailəsinə təzyiq edilir...

22-09-2020, 10:17
32 904
Mühacir müxalifətçinin ailəsinə təzyiq edilir...

Əldə etdiyimiz məlumata görə hal hazırda Fransada mühacirətdə olan siyasi fəal Həsənov Qismet Yaşar oğlunun  Salyan şəhərinin  Əlibəy Hüseyinzadə kücesi ev 65 ünvanında  yaşayan anası Həsənova Püstəxanım Niyyatalı qızı  21.09.2020-ci ildə Salyan şəhər Baş Polis idarəsinə aparılaraq 3 saata  yaxın sorğu sual  edilmişdir. Məsələ ilə bağlı  Qismət bəyin anası ilə əlaqə saxladıq. Onun Polis idarəsinə aparılmasının səbəbini õyrəndik. Həsənova Püstəxanımın  bizə bildirdiyinə görə onun Polis idarəsinə aparılmasına səbəb oğlu Həsənov Qismətin  KXCP-nin fəal üzvü  olması və Fransanın Angers şəhərində 12.09.2020-il tarixində bir qurup siyası fəallarla birlikdə Azərbaycanda olan özbaşınaçılıqlara, ailə hakimiyyətinə  son və siyasi  mehbus Tofiq Yaqubluya azadliq adlı aksiyasının təşkilat və təbliqatının aparılmasıdı.Püstəxanımın  bildirdiyinə görə Polis rəisi Mirzağa Qafarov onu təhdid ederek, əgər oğlunuz Azərbaycana gəlməsə sizin özünüzü həbs edəceyik deyərək ona hədə qorxu gəlmişdi. Biz Salyan şəhər Baş Polis idarəsindən məsələ ilə bağlı münasibəti öyrənmək isdədik.Amma cəhdlərimiz baş tutmadı.

скачать dle 12.1
Xəbər lenti