lham Əliyev: «İstəsəm, əmr edərəm…»

18-09-2015, 15:44
0
lham Əliyev: «İstəsəm, əmr edərəm…»
"AZƏRBAYCANDA İCTİMAİ NƏZARƏT GÜCLÜ OLMALIDIR"
 
Bunu sentyabrın 17-də prezident İlham Əliyev Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında yerli sakinlərlə görüşündə deyib. O bildirib ki, sakinlər hər hansı bir ədalətsizlik görəndə, yerli icra orqanlarına, nəticə olmasa, mərkəzi icra orqanlarına məlumat verməlidir: «Beləliklə, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır».
 
XARİCİ BORCUMUZU BİR GÜNDƏ ÖDƏYƏ BİLƏRİK
 
AzərTac xəbər verir ki, İlham Əliyev ölkədə ilk dəfə taxılçılıqda hər hektardan 30-31 sentner məhsul əldə edildiyini deyib:
 
«Düzdür, indi müəyyən mənada bizim gəlirlərimiz azalır. Özünüz yaxşı bilirsiniz ki, neftin qiyməti düşüb, bu da təbiidir. Ancaq buna baxmayaraq, ölkə iqtisadiyyatının inkişafı, sosial məsələlərin həlli ilə bağlı bütün layihələr icra edilir . Gələn ilin büdcəsində də kənd təsərrüfatının inkişafına, sosial məsələlərin həllinə kifayət qədər vəsait ayrılacaq. Bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik, arxalanırıq. Xarici borcumuz da çox aşağı səviyyədədir. Mən əmr versəm. biz bütün xarici borcumuzu bir gündə ödəyə bilərik. Ona görə ödəmirik ki, buna ehtiyac yoxdur. Hələ ki, kreditlərdən istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik. İndi ikinci belə ölkə tapılarmı ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin».
 
Maliyyə Nazirliyinin bu ilin əvvəlinə olan məlumatına görə, Azərbaycanın 6 milyard 500 milyon dollar xarici dövlət borcu var. Bu, UDM-un 8.6 faizi deməkdir. Adambaşına isə təxminən 673 dollar xarici borc düşür.
скачать dle 12.1
Xəbər lenti