Spikerin cangüdəni açıq informasiya mənbəyi rolunda

29-05-2022, 12:56
14 371
Spikerin cangüdəni açıq informasiya mənbəyi rolunda

Aydın Mirzəzadənin məşhur frazası yadınızdadır yəqin ki. Milli Məclisin bu deputatı belə bir söz demişdi : «Snayperçilərə əmr etmək lazımdır, Paşinyan Qarabağa gələndə onu vursunlar ». Sonra Aydın Mirzazədə bu sözdən imtina etdi, açıqlama verdi ki, o, bunu belə deməyib, elə nəticə çıxarıblar və sairə və bir qədər də ilaxır.
Amma necə oldu ki, Aydın Mirzəzadə bu məşhur və onun gündəmə daşıyan bəyanatdan belə tərəddüdlü şəkildə geriyə çəkildi, snayperləri rahat buraxdı, Paşinyana qarşı qəzəbi də sərtlik dozasından düşdü?


Əlbəttə, Azərbaycandakı siyasi sahmanı anlayan hər kəs belə də qəbul etdi ki, Aydın Mirzazədəni bu sözdən düşürüblər. Deyiblər ki, «düş», o da düşüb. Bu məsələ ilə bağlı biə ilginc bir xəbər daxil olub və bu yazıya da həmin xəbərlə başlayırıq.
İlham Əliyev Aydın Mirzazədinin bu sözü ilə tanış olabda yol gedirmiş. Açıqlamanı oxuyub və dərhal mühafizəçinin telefonu ilə Oqtay Əsədovun mühafizəsinin Rəşad adlı böyüyünün nömrəsinə zəng edib və telefonu Oqtay Əsədova verməsini əmr edib. Oqtay əsədov da Qəçreş tərəfə gedirmiş. İlham Əliyev Oqtaya Əsədova deyib ki, çağır o Aydını, qulağına bir- iki söz, dediyi sözü geri götürsün. Oqtay da belə edib və Aydın Mirzazadənin həmin o məşhur bəyanatının məşhur dəbbələnməsi hadisəsi baş verib.


Olubmu, belə bir hadisə? Allah bilir! Bəlkə də olb, bəlkə də olmayıb. Yəni, Aydın Mirzəzadənin təkzibini doğuran təpki bu şəkildəmi olub, yoxsa başqa bir biçimdə, bunu biz dəqiq deyə bilmərik, amma həmin Rəşad adlı mühafizəçi bir neçə yerdə, o cümlədən də «1033» adlı gecə barında bu hadisəni elə bu şəkildə nağıl edərək «mənim telefonuma İlham Əliyevdən də zəng gəlib və belə bir məsələ olub» şəklində danışıbsa, ehtimal etmək mümkündür ki, belə bir hadisə olub. Olmayıbsa, babalı Rəşadın boynuna.
Rəşad niyə bu qədər ərköyünləşdirilub? Belə baxanda, bir mühafizəçi, lap onların hamısının böyüyü də olsa, xüsusilə iri dövlət adamları arasında bu cür və ya qeyri- cür təmasların haqqında orda- burda ağlına gələni danışırsa, daha hansı sirləri danışa bilər? Hərçənd, oralarda elə bir dövlət sirrinin olub- olmadığını demək çətindir, o ranqlarda telefon və ya birbaşa söhbətlər daha çox korrupsiya planları barədə ola bilər ki, bunu onsuz da bütün mühafizəçilər bilirlər, kimin harda nəyi var. Məsələn, Rəşad adlı həmin mühafizəçini ərköyünləşdirən məqamlardan ən birincisi də budur ki, Oqtay Əsədovun bir çox mülk və obyektləri elə onun adına sənədləşdirilib…. Bu zəmində spikeriə çox yaxın məsafələrə qədər buraxılmış Rəşad isə şou- biznes zümrəsinin sevimlsidir və oralarda hər cür söhbətlər ona xidmət etməlidir ki, söhbəti eləyən tərəfin reytinqini=- önəmini daha necə artırmaq olar ?… Qoruduğu «obyektin» bu halda isə Oqtay Əsədovun bütün sirrlərini bilən Rəşad bə, bu sirrləri müxtəlif «tusovka»larda xərcləməklə şou-biznes elitasının sevimlisinə çevrilməyi bacarır. O, zatən, dostu və rəfiqəsi müğənni Günay İbrahimli üzərindən bu çevrələrin çox məhrəm adamıdır. Bir də spikerin sirrlərini bu çevrələrə daşımağn nə qəbahəti var ki ?! Məsələn, bu şəkildə ki, Oqtay Əsədov özü ilə birlikdə «Azərsu»dan parlamentin binasına gətirdiyi «parlamentin Monika Beluççisi » adlandırılan xanım köməkçinin birinci parlament ledisi kimi təqdim edilməsində daha çox maraqlıdır, nəinki həyat yoldaşı Zemfira xanım Əsədovanın.


Xanım Zemfira Əsədovanın Moskvada aşkarlanan gecə barı- striptiz klub biznesi isə uğurlu biznes təcrübəsi kimi artıq Paçayevlərin də diqqətini cəlb edib və onlar da bu biznesə maya qoymağa başlayıblar. Amma Moskvada yox, özünü bir təhər dənizin ortasına soxub gizlənmiş Yunanıstanda. Yunanıstanda, Orda Myconos şəhərindəki Skorpios adlı restoran- əyləncə klublarının alınması üçün 60 milyon avro maya qoyublar və «mətbəxdən» gələn xəbərlərdə iddia edilir ki, 60 milyon dollara Yunanıstanın yarısını almaq olar, bu üsullar ölkədən pul çıxarmağın rahat yoludur, üsətlik də bu biznes istiqamətində çirkli pulların yuyulması daha rahat görükür. Nə isə, məqsədimiz Rəşadın macəralarını və ya Paşayevlərin bar-striptiz təhlil etmək deyil. Söhbət qəribə bir təsərrüfatsızlıqdan gedir ki, Parlament sədrinin mühafizəçisi nədən bu qədər geniş informasiyalara sahib ola bilir və spikerin özünü də idarə edə biləcək həddə qədər böyüyüb- ərköyünləşə bilir ? Hətta Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundov da spikerin bu baş mühafizəçi komutanını bir neçə dəfə rədd eləmək istəyib, amma spikerin zəhmi onun da qarşısını kəsib. Xüsusilə də keçən il, Nabranda baş verən bir atışmadan sonra Vaqif Axundov nəhayət, bu ərköyün vangüdəni rədd etmək üçün fürsət qazandığını güman edə bilib, amma çifayda. Oqtay Əsədov Vaqif Axundovu geriyə çəkə bilib, elə, görünür ki, həmişə də belə olacaq. Çünki, Rəşad əzəmətlidir. Şou- biznes camaatı da onu beləcə xatırlayır və sayğı duruşunda təzim edirlər. Beli tapançalı şəkli hətta Günay xanım İbrahimlinin ad günü tortunun üstünü də bəzəyən «yenilməz rıtsar » kimi.

скачать dle 12.1
Xəbər lenti