Bəxtiyar Hacıyev infuziyadan imtina edərək aclıq aksiyasını davam etdirir

9-02-2023, 20:15
3 958
Bəxtiyar Hacıyev infuziyadan imtina edərək aclıq aksiyasını davam etdirir

32-ci gündür aclıq aksiyası keçirən fəal Bəxtiyar Hacıyev  bu gün professor Adıl Qeybulla və Bakı istintaq təcridxanasının tibbi-sanitariya hissəsinın həkimləri tətəfindən yenidən müayinə olunub.

Professorun Turan-a verdiyi məlumata görə, Hacıyevin bədən hərarəti 35,1 dərəcə, qan təzyiqi 95/70, şəkərin səviyyəsi 4,3, çəkisi 69,3 kq olub.

Qeybulla onu da bildirib ki, Hacıyev su-duz balansını bərpa etmək üçün infuziyadan imtina edib. Onun sözlərinə görə, təzyiqin və qan şəkərinin səviyyəsinin aşağı düşdüyünü nəzərə alsaq, aclıq aksiyasının davam etdirilməsi komaya səbəb ola bilər.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də o, aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

скачать dle 12.1
Xəbər lenti