AXCP üzvü Zamin Salayevə həbs edilib

9-02-2023, 20:22
4 393
AXCP üzvü Zamin Salayevə həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayevə qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb.

Vəkil Nemət Kərimlinin Turana verdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Zamin Salayevlə görüşdüyünü deyən vəkil qeyd edib ki, Z.Salayev ittihamları qəbul etmir. “Dedi ki, bubiş quramadır. Lökbatan dairəsində taksidən düşəndə bir nəfər onu təhqir edərək əlində bıçaq üstünə cumub. Bir neçə dəqiqədən sonra polislər artıq Zamin bəyi saxlayıb”.

Həbsinə etiraz olaraq Salayev aclıq elan edib.

Daxili İşlər Nazirliyinin dünən yaydığı məlumata görə, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşmışdır.

“Yaralı xəstəxanaya yerləşdirilmiş, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılmışdır. RPİ-də araşdırmalar aparılır”.

скачать dle 12.1
Xəbər lenti