Siyasi Məhbus həbsdən müraciət yaydı

19-09-2015, 01:03
0
Siyasi Məhbus həbsdən müraciət yaydı

Gəncə İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi, siyasi məhbus Taleh Xasməmmədov ictimaiyyətə müraciət edib. Müraciətinin surətini daxili işlər naziri Ramil Usubova və Respublikanın baş prokuroru Zakir Qaralova göndərən hüquq müdafiəçisi həbsinin əsl səbəblərinə aydınlıq gətirib.

 

Məhkəmə proseslərində vəkilsiz iştirak edən, öz hüquqlarını özü müdafiə edən Taleh Xasməmmədov, ictimaiyyətdən tam təcrid olunmuş şəkildə dəmir barmaqlılar arxasında cəza çəkir.

 

Siyasi Məhbus T.Xasməmmədovun göndərdiyi müraciət onun həbsdən sonra yaydığı ilk sənəddir.

qaynarxeber.org bu haqda məlumatı "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının kordinatoru Oktay Gülalıyevin sosial şəbəkədə yaydığına əsasən alıb.

 

Hüquq müdafiəçisi, siyasi məhbus Taleh Xasməmmədovun Müraciətindədə deyilir;

 

“Mən, 24 fevral 2015- ci ildə Goycay rayon polis şöbəsi tərəfindən təşkil olunan qondarma cinayət hadisəsi əsasında AR cinayət məcəlləsinin 221.2.2 ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşam. Ittihama görə guya ki, mən bir mülki şəxs və dörd polis əməkdaşına qarşı zor tətbiq edərək onlara yumruq- təpik zərbələri vumaqla xidməti geyimlərini, poqon nişanlarını, şevronlarını və s. dartaraq cırıb yerə atmışam.

 

Sifarişli həbsim 22 iyul 2015- ci il tarixdə Goycay rayon Məhkəməsinin ədalətsiz hökmü ilə tamamlandı. Barəmdə olan cinayət işinə baxan hakim Fərhad Əfəndiyev rüşvət faktlarına, qanunsuz hökm, qərar və qətnamələr çıxarmaqda analoqu olmayan hakimdir. O, həm savadsız, həm də qul psixologiyasında xidmət göstərən hakimdir. Eyni zamanda onun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi də çoxlarına bəllidir. Fərhad Əfəndiyev həbs olunacağı qorxusu ilə yaşayan hakim kimi çıxış yolunu barəmdə olan sifarişli cinayət işində məni 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etməkdə gördü. Elə bu səbəbdən də o, artıq özünü sığortalayaraq həbsimdən sonra daha çox rüşvət toplamaq niyyəti ilə qorxusuz işləyəcəkdir.

 

Əleyhimə hər hansı möhtəbər sübut-dəlil olmadan, ittiham tərəfinin təqdim etdiyi bütün şahidlər xeyrimə ifadə verdiyi halda bəraət hökmü əvəzinə heç bir əsas olmadan təqsirli bilinərək yenidən həbsə atıldım. Həbsimlə haqq səsimi boğacaqlarını düşünən sifarişçilər unutmasınlar ki, atdıqları hər bir addımla özlərini həbs yerlərinə bir az da yaxınlaşdırırlar.

 

Xatırladım ki, mən qanunlar qarşısında deyi, mafiozların iradəsinə uyğun olaraq həbsdəyəm. Həbsim birmənalı şəkildə hüquq müdafiə fəaliyyətimlə bağlıdır. Bu həbslər məni qorxutmur və öz fəaliyyətimdən, mübarizəmdən döndərə bilməz. Mən bundan sonra da haqqı- hüququ tapdanan insanların yanında olacam. Fürsətdən istifadə edib qanunsuz həbsimlə bağlı mənə və ailəmə dəstək ifadə edən yerli və beynəlxalq hüquq müdafi təşkilatlarına, media orqanlarına, ictimai- siyasi fəallara təşəkkürüm bildirirəm. İnanıram ki, bu dəstək hazırda Azərbaycanda qanunsuz həbs həyatı yaşayan 100- ə yaxın siyasi məhbus həmkarlarımın azadlığı ilə nəticələnəcək”.

 

Xatırladaq ki, Taleh Xasməmmədovun apellyasiya məhkəməsinin də vaxtı məlum olub. Apellyasiya şikayətinə Şəkidə Apellyasiya məhkəməsində 22 sentyabrda baxılacaq.

скачать dle 12.1
Xəbər lenti