ABŞ Gürcüstanın ‘xarici agent’ qanunu layihəsindən narahatdır

18-02-2023, 12:57
3 789
ABŞ Gürcüstanın ‘xarici agent’ qanunu layihəsindən narahatdır

Birləşmiş Ştatların Dövlət Departamenti Gürcüstan parlamentində müzakirəyə təqdim olunmuş “xarici agent” media qanunu layihəsinə görə “dərin narahatlıq” bildirib.

Dövlət Departamenti bildirir ki, bu qanunun qəbul olunması Gürcüstanın Avro-Atlantika inteqrasiyasına ziyan vura bilər.

Fevralın 15-də Vaşinqtonda jurnalistlərin suallarına cavab verən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) deyib ki, təklif olunan layihə “müstəqil səsləri susdura və öz icmaları üçün daha yaxşı gələcək qurmaq istəyən Gürcüstan vətəndaşlarına damğa vura bilər”.

Təklif olunmuş qanun layihəsinə görə gəlirinin 20 faizini xarici mənbələrdən alan medialar “xarici agent” kimi qeydiyyatdan keçməlidir.

Qanun layihəsi Xalqın Gücü adlı populist partiyanın üzvləri tərəfindən təklif olunub.

скачать dle 12.1
Xəbər lenti