Milli Şura Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb

25-02-2023, 12:25
3 966
Milli Şura Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası beynəlxalq birliyi rəsmi Bakının siyasi repressiyalarına və insan hüquqlarını kobud şəkildə pozmasına qarşı sərt tədbirlər görməyə çağırıb.

İnsan hüquqlarının pozulmasında və ictimai-siyasi fəalların həbsində əli olan vəzifəli şəxslərə qarşı ünvanlı sanksiyalar tələb olunmalıdır, Xalq Cəbhəsi Partiyasının üzvlərini və ölkənin bir sıra tanınmış ictimai xadimlərini birləşdirən bu qurumun bəyanatında deyilir.

Bəyanat Bəxtiyar Hacıyevin həyatına təhlükə və ölkədə siyasi repressiyaların davam etməsilə əlaqədar qəbul edilib.

Milli Şura Azərbaycan əhalisini vətəndaş cəmiyyətini daha fəal müdafiə etməyə çağırıb.

« Xalqımız özünü rejimin yaratdığı qorxu mühitinə təslim etməməli, hüquq və azadlıqlarının təmin olunması, ölkədə köklü dəyişikliklərin baş verməsi naminə mübarizədə daha yaxından və hamılıqla iştirak etməlidir”, – bəyanatda deyilir.

Öz həbsinə və böhtana etiraz olaraq 45 gündür aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin həyatı təhlükədədir.

Təkcə son bir ay ərzində 14 ictimai-siyasi fəal 25-30 sutkalığa inzibati həbs cəzasına məhkum edilib.

Onlardan 5-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 6-ı “Müsəlman Birliyi” Hərəkatının üzvü, 2-i D18 Hərəkatının üzvü, 1-i neytral ictimai xadimdir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Salyan şöbəsinin sədri, keçmiş siyasi məhbus Zamin Salayev qurama ittihamla növbəti dəfə cinayət məsuliyyətinə cəlb edilib və 3 ay müddətinə azadlıqdan məhrum edilib”, – sənəddə deyilir. 

скачать dle 12.1
Xəbər lenti