Mirzoyan Ermənistanın sülh sazişi üzrə təkliflərini açıqlayır

24-03-2023, 20:53
7 543
Mirzoyan Ermənistanın sülh sazişi üzrə təkliflərini açıqlayır

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Laçın dəhlizində yaranmış vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyətin fəal iştirakının, BMT məhkəməsinin qərarının icrası üçün Azərbaycana təsir göstərməsinin vacibliyini vurğulayır. Bu haqda AzadlıqRadiosunun erməni xidməti yazır.

“Ermənistan yerdəki vəziyyətin dəyərləndirilməsi üçün Dağlıq Qarabağ və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərmək çağırışı edib. Sirr deyil ki, belə bir missiyayla bağlı təklifi Azərbaycan dəfələrlə rədd edib, bu isə Azərbaycan rəhbərliyinin beynəlxalq ictimaiyyət qarşısında şəffaf və hesabatlı olmaq istəmədiyini aydın göstərir”, – Mirzoyan Misirin “AlQahera News” nəşrinə müsahibəsində deyib.

Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də Azərbaycan üzərinə Laçın dəhlizində azad hərəkəti təmin etmək öhdəliyi qoyub. Bu dəhliz Azərbaycanın Qarabağ regionunu Ermənistanla birləşdirir. Ermənistan ötən ilin dekabrından yolun blokadada olduğunu desə də, rəsmi Bakı bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Təkliflər mübadiləsi gedir

Sülh sazişi haqda suala cavabında Mirzoyan qeyd edib ki, 2022-ci ilin dekabrından tərəflər saziş layihəsi üzərində təkliflər mübadiləsi aparıb, əsas məsələlər üzrə ədalətli qərarlarin tapılması üçün irəli getməyə cəhd ediblər.

“Ermənistan tərəfinin təkliflərindən biri dövlət sərhədlərinin delimitasiyasının kriteriyalarını dəqiqləşdirməkdir. Digər təklif – silahlı qüvvələrin dövlət sərhədindən çəkilməsi, sərhəd boyunca hərbsizləşdirilmiş zona yaratmaqdır ki, bununla da etimad və təhlükəsizlik mexanizmi gücləndirilə, bu da öz növbəsində istənilən eskalasiyanın qarşısını ala bilər. Ən vacib məsələ isə Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə məşğul olacaq beynəlxalq mexanizmin olmasıdır”, – Mirzoyan bildirib.

Onun dediyinə görə, Ermənistanın səylərinin qarşılığında Azərbaycanın danışıqlar prosesinə barışmaz və maksimalist yanaşmasını, aqressiv davranışını müşahidə edirlər.

скачать dle 12.1
Xəbər lenti