Bir zamanlar Azərbaycan qürur ölkəsi idi. Bu gün isə qorxu, susqunluq və mənəvi süqutun əsarətindədir. Xalqın şüuru zəhərlənib, vicdanı susdurulub. Bütün bunların başında İlham Əliyev durur – xalqı qorxaqlığa və itaətə məcbur edən diktator.
Tərtər faciəsi sadəcə biabırçılıq deyil, rejimin bilavasitə iştirakı ilə həyata keçirilmiş hərbi cinayətdir. Yüzlərlə əsgər işgəncələrə məruz qaldı, bədənlərə elektrik verildi, əsgərlər əmr əsasında digər əsgərləri zorladı. Bəli, bu Azərbaycanda baş verib.
Polis – xalqı qorumaq əvəzinə – malına, mülkünə, namusuna göz dikir. Hakimlər qanuna yox, yuxarıdan gələn zənglərə itaət edir. Siyasi fəallar, jurnalistlər, gənc qadınlar həbs olunur, işgəncələrə məruz qalır, təhqir edilir.
Jurnalistlər qətlə yetirildi – Elmar Hüseynov, Rafiq Tağı. Qanları torpaqda qurumadı, çünki xalq susdu.
Vətən uğrunda canından keçən qazilər – bu gün dilənçidir. Şəhid ailələri unudulub, əzilib, təhqir edilir. Amma xalq yenə də alqışlayır, yaltaqlanır, boyun əyir.
Bu xalq artıq vicdanını itirib. Gücdə olanın qarşısında diz çökür, övladının, bacısının, həyat yoldaşının alçaldılmasına susur.
Əgər bir xalq bu qədər biabırçılığa susursa, o xalq mənəviyyatını itirib. Bu rejimi qoruyan – qorxaqlıq, rüşvət və satqınlıqdır.
Susmaq – şərik olmaqdır! Mən isə həqiqət sevgisi ilə yazıram.
Oyan, Azərbaycan! Yoxsa son namusun da şəhid övladlarının qəbri başında basdırılacaq.
Müəllif: Əli Nur – Müstəqil Araşdırmaçı, ictimai-siyasi fəal