Əliyev rejimi dövründə təhsil sistemi dərin deqradasiyaya uğrayıb. Universitetlər korrupsiya ocaqlarına çevrilib, elmi dəyər ölçülmür, diplomlar isə pulla satılır. Bu vəziyyət gənclərin təhsilə və gələcəyə olan inamını tamamilə sarsıdıb. Bacarıqlı və istedadlı gənclər ölkəni tərk etmək məcburiyyətində qalır, ölkədə qalanlar isə sistemin qurbanına çevrilirlər. Dövlətin gənclər siyasəti sadəcə PR vasitəsinə çevrilib. Gənclər üçün yaradılan fondlar və layihələr faktiki olaraq rejimə sadiq gəncləri mükafatlandırmaq, müstəqil düşünənləri isə kənarlaşdırmaq məqsədi daşıyır. Azad düşüncə, tənqid və müstəqillik boğulur. Nəticədə ölkədə intellektual potensial tükənmək üzrədir. Cəmiyyətin gələcəyi olan gənclərin bir qismi siyasi repressiyalardan qorxaraq susur, digərləri isə ölkəni birdəfəlik tərk edir. Bu, Azərbaycan cəmiyyətinin gələcək inkişafı üçün fəlakətli tendensiyadır. Təhsil və gənclərin inkişafı olmadan heç bir dövlət davamlı inkişaf edə bilməz. Əliyev rejimi bu həqiqəti bilərəkdən məhv edib, çünki savadlı, azad düşüncəli bir nəsil bu rejim üçün ən böyük təhlükədir.
Müəllif: Əli Nur – Müstəqil Araşdırmaçı, ictimai-siyaскачать dle 12.1