Tənqidçilər Rusiya tarixi dərsliyini təbliğat, müharibəyə hazırlıq sayır

9-09-2023, 19:16
216
Tənqidçilər Rusiya tarixi dərsliyini təbliğat, müharibəyə hazırlıq sayır

Tədris ilinin başlanması ərəfəsində Rusiya və Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərindəki məktəblərə 11-ci siniflər üçün “Yeni tarix” dərsliyinin 650 min nüsxəsi paylanıb.

“1970-ci illərdən 2000-ci illərədək olan bölmə tamamilə yenidən işlənib”, – Prezident Vladimir Putinin millətçi köməkçisi, keçmiş mədəniyyət naziri Vladimir Medinski avqustun 8-də dərsliyin təqdimatında deyib. O, həm də dərsliyin müəlliflərindən biridir.

“2014-cü ildən günümüzədək olan dövrü əhatə edən yeni hissə əlavə edilib… Çoxlu mikrotarixlər və maraqlı faktlar var. Çoxlu yeni illüstrasiyalar… Əlbəttə ki, xüsusi hərbi əməliyyata həsr edilmiş ayrıca fəsil var”, – o, əlavə edib.

Tənqidçilər deyirlər ki, yeni dərsliyin tarixlə az əlaqəsi var və o, daha çox gəncləri hədəfə alan sovetdən qalma ideoloji tərbiyə praktikasına qayıdış xarakteri daşıyır. O gənclər qısa zamanda orduya çağırıla bilərlər. Rusiyada 18 yaş bir illik məcburi hərbi xidmətə çağırış yaşıdır.

“Yeni tarix dərsliyi çağırış öncəsi [gənclərə] və onların rəfiqələrinə ünvanlanmış kitabdır. Bu gün hökumətin gənclərlə ünsiyyət üçün az sayda effektiv üsulu var. Gənclər televizora baxmırlar və onları buna məcbur etmək mümkün də deyil”, – Siyasi Texnologiyalar Mərkəzinin rəhbərinin müavini Aleksey Makarkin Telegram-da yazıb.

Rusiyalı təhsil mütəxəssisi Dima Zitser isə AzadlıqRadiosuna deyib ki, “tarix şagirdləri tabe olmağa məcbur etmə alətinə çevrilib”.

скачать dle 12.1
Xəbər lenti