Batmış Vətən – Hakimiyyəti Zəbt Edən Ailənin Əsil Üzü

3-02-2024, 13:36
23 725
Batmış Vətən – Hakimiyyəti Zəbt Edən Ailənin Əsil Üzü


Əziz xalqım!
Bu gün də, son günlərdə olduğu kimi, sizləri mitinqlərə səsləyirəm.
Nədən? — Çünki mən mübarizəmizə inanıram və sona qədər davam edəcəyimizə əminəm.
Gəlin bu günə kimi başımıza gələnlərə bir daha nəzər salaq və həqiqəti bir daha yada salaq ki, mübarizəmizin səbəblərini tarixə yazmış olaq!
Batmış Vətən – Zəbt Edilmiş Hakimiyyət
1993-cü ildən bu günə qədər Azərbaycanın taleyi bir ailənin – Əliyevlər sülaləsinin əlində girovdur.
Onlar dövləti zəbt edib, içini monarxiya zəhəri ilə doldurdular.
Atadan oğula ötürülən hakimiyyət bu millətin alın təri, qanı və ləyaqəti üzərində quruldu.
Bu gün artıq heç kimə sirr deyil – ölkədə xalq deyil, bir ailə hökmranlıq edir.
Onların iradəsi qanundan da, konstitusiyadan da yuxarıdır.
Ölkənin bütün institutları – polis, prokurorluq, məhkəmə, media, hətta “müxalifət” – bir ailənin mənafeyinə xidmət edən itaət mexanizminə çevrilib.
Mediyanın Zəhəri
Bu gün televiziyada gördüyümüz hər “xəbər” xalqın beynini uyuşdurmaq üçün hazırlanmış zəhərdir.
Qan tökülür, amma efirdə şou var.
Uşaq ac qalır, amma kanallarda “ulduzlar” gülür.
Xalqın dərdi gizlədilir, milli-mənəvi dəyərlər ayaq altına atılır.
Bu ölkədə artıq jurnalistika yox, yaltaqlıq üçün can atan təlxəklik institutları fəaliyyət göstərir.
Saxta Müxalifət və Müstəqil Bloger Maskası
Özünü “müxalif” adlandıran bir çoxları əslində bu rejimin nəfəs borusudur.
Mitinq çağırıb, sonra geri çəkilən, xalqın inamını satıb kresloya göz dikən bu satqınlar azadlıq ideyasına xəyanət edən ən təhlükəli düşmənlərdir.
Bu oyun yalnız ölkə daxilində deyil — xaricdə yaşayan, özünü “müstəqil bloger” adlandıran bəzi şəxslər də eyni bataqlığın içindədir.
Onlar “müstəqillik” adı altında ya rejimə, ya da öz şəxsi maraqlarına xidmət edirlər.
Onlara da “dur” deməyin vaxtı çoxdan çatıb!
Mən bu çağırışları özünü “ana müxalifət” adlandıran, xalqın ömrünü oğurlayanlara – başda Əli Kərimli olmaqla hamısına səslənirəm:
Boykot evdə döşəkdə oturub elan etməklə olmur!
Boykot da mübarizə tələb edir!
Siz də bu çağırışlara qoşulun — xalqı seçki məntəqələrinə deyil, mitinqlərə səsləyin!
Xalqın Vicdanı – Son Qaladır
Əliyev rejiminin ən böyük qorxusu xalqın oyanmasıdır.
Biz susduqca onlar böyüyür, biz qorxduqca onlar sərtləşir.
Amma artıq bəsdir!
Bu xalqın azadlığını biz öz əlimizlə almalı, öz iradəmizlə möhürləməliyik.
Mən bu çağırışları sadəcə etiraz üçün etmirəm — bu, hər birimizin gələcəyini qorumaq, haqqımızı tələb etmək və dəyişiklik istəyimizi açıq göstərmək üçündür.
Mübarizəmizə inanıram və sona qədər mübarizə edəcəyimizə əminəm.
7 Fevral Çağırışı
Ayın 7-də vətənini sevən, övladlarının gələcəyini xoşbəxt görmək istəyən hər kəs — mitinqə gəlsin, seçki məntəqəsinə getməsin!
Bakı sakinləri İçərişəhər metrosunun çıxışında toplaşsın!
Bakıya gələ bilməyənlər isə yaşadıqları şəhər, rayon və kənd mərkəzlərində mitinqlərə çıxsın!
Bu xalq İlham Əliyevin yenidən prezident olmasına yol verməməlidir.
Bu, ədalətin, azadlığın və xalqın gələcəyinin səsidir!
Əxlaqın, Namusun, Dinin Sıradan Çıxarılması
Əliyev sistemi xalqın yalnız sərvətini deyil, mənəviyyatını da taladı.
Efir ekranları milli dəyərləri təhqir edən səhnələrlə doludur.
Qadının namusu, kişinin ləyaqəti, dinin müqəddəsliyi – reytinq üçün tapdalanır.
Bu, artıq təkcə siyasi yox, mənəvi işğaldır.
Son Söz
Əliyev sülaləsi özünü əbədi sayır, amma heç bir diktator əbədi qalmayıb.
Tarix onların adını qanla, xəyanətlə və rüsvayçılıqla yazacaq.
Bu rejim xalqı sındıra bilər, amma xalqın içində yanan vicdan odunu söndürə bilməz.
O gün gələcək ki, xalqın səsi hər güllədən, hər məmur qorxusundan daha güclü olacaq.
O gün artıq kimsə “Əliyev” adını eşidəndə qorxmayacaq — nifrət hiss edəcək!
Sonda isə bir istəklə:
Sizlərə təqdim etdiyim fotoşəkillərə diqqətlə baxin.
Bu şəkillər hər şeyi açıq aydın göstərir — İlham Əliyevin həyat tərzi liderlərə deyil, əyyashlığa xas tərzdir.
Bu həqiqətləri təqdim etdiyim fotolarda da görə bilərik.

Müəllif: Əli Nur – Müstəqil Araşdırmaçı, ictimai-siyasi fəal.

скачать dle 12.1
Xəbər lenti