‘Nəticədə Brüssel və Vaşinqton formatı darmadağın ola bilər’

20-09-2023, 19:51
317
‘Nəticədə Brüssel və Vaşinqton formatı darmadağın ola bilər’

Sentyabrın 19-da Qarabağda vəziyyət yenidən gərginləşib. Rəsmi Bakı “lokal antiterror tədbirləri”nə başladığını elan edib, erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, hazırda regionda “irimiqyaslı təcavüz”ün baş verdiyini bəyan edib.

Azərbaycan əməliyyatdan öncə dördü polis, ikisi Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı olmaqla altı vətəndaşının minaya düşərək həlak olduğunu açıqlayıb.

Bəzi ekspertlərə görə, həmin “antiterror tədbirləri”nə kart-blanşı rəsmi Moskva verib. Onlar vurğulayırlar ki, son zamanlar Ermənistan və Rusiya arasında diplomatik münasibətlər gərginləşib.

A.NağıyevA.Nağıyev

“Qondarma qurumların bayraq qaldırması… mümkün olmayacaq”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Turan”a deyib ki, son vaxtlar quruculuq işləri aparılan yerlərə minaların basdırılması, Daxili İşlər Nazirliyinin nümayəndələrinin mina qurbanı olması artıq pik nöqtə idi.

Onun sözlərinə görə, “mina terroru” məqsədyönlü şəkildə keçirilirdi və bunun qarşısı alınmalıdır: “Ermənistanın havadarları başa düşməlidir ki, heç vaxt Azərbaycanın ərazisində ikinci dövlətin yaradılmasına imkan verilməyəcək”.

A.Nağıyev qeyd edib ki, dəfələrlə sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın təkliflərinə laqeyd münasibət bəsləyən Ermənistan bunun nə ilə bitəcəyini bilməli idi: “Burada hansısa qondarma qurumların bayraq qaldırması, qeyri-legitim seçkilər keçirməsi mümkün olmayacaq”.

скачать dle 12.1
Xəbər lenti