3 xanım jurnalist Bakı aeroportunda həbs edildi

20-09-2015, 03:45
0
3 xanım jurnalist Bakı aeroportunda həbs edildi

Meydan TV-nin saxlanan xanım əmkdaşları DİN Hava Nəqliyyatında polis idarəsindən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

***

Meydan TV-nin əməkdaşlarının hazırda DİN Hava Nəqliyyatında polis idarəsində olduğu məlumat verilir.

Meydan TV ilə əməkdaşlıq edən 3 xanım jurnalist – Aytən Fərhadova, Sevinc Vaqifqızı və İzolda Ağayeva hava limanındakı sərhəd keçid məntəqəsinin əməkdaşları tərəfindən saxlanıb və DİN əməkdaşlarına təhvil verilib. Onlar sentyabrın 19-da Kiyevdən media təlimindən qayıdırmışlar. Bu barədə Azadlıq Radiosuna Meydan TV-nin sosial media meneceri Həbib Müntəzir məlumat verib.

Hazırda xanım əməkdaşların hansı polis bölməsinə aparıldığı bəlli deyil.

скачать dle 12.1
Xəbər lenti