Müsabiqə elan olundu - Təhsil Nazirliyi təlimçi axtarır - VİDEO

29-09-2015, 20:15
0
Müsabiqə elan olundu - Təhsil Nazirliyi təlimçi axtarır - VİDEO
Təhsil Nazirliyi tərəfindən Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə elan olunub. Nazirlikdən verilən məlumata görə,  müsabiqədə iştirak etmək istəyənlər 15 oktyabr tarixindən gec olmayaraq özü haqqında şəxsi məlumatı [email protected] elektron poçt ünvanına göndərməlidir.
 
Qeyd edək ki, tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibədən keçən şəxslər təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə cəlb ediləcək. Uğurlu namizədlərə isə ixtisasartırma proqramları üzrə təlimçi statusu veriləcək.
скачать dle 12.1
Xəbər lenti