Məktəbdə odunpulu yığımı başladı - FOTO

29-09-2015, 20:19
0
Məktəbdə odunpulu yığımı başladı - FOTO

Bir müddət əvvəl Tovuz rayonu Aşağı Quşçu İsmayıl Mürşüdov adına kən orta məktəbinin bərbad durumu barədə şikayət məktubu dərc etmişdik. Havalar soyumağa başlayanda məktəbdə övladlarının təhsil alması da çətinləşir və pəncərələri sınıq-salxaq olan sinif otaqlarında istilik olmadığından davamiyyət aşağı düşür. Dünən isə redaksiyamıza müraciət eən bir qrup valideyn bildirdi ki, artıq sözügedən məktəbdə odunpulu yığımı başlayıb: "Uşaqlarımız 10-15 gündür məktəbə gedirlər, artıq "pul ver" mövsümü başlayıb. O gün uşaq gəlib ki, sinifdən xaric oxu üçün pul yığılır. 5 manat ona aldı apardı. Səhəri gün də gəlib dedi ki, "odunpulu yığırlar, 6 manat ver". İki övladım oxuyur məktəbdə. 12 manat verdim, apardı. Yaxşı, bu 12 manata alınan odunun istisi neçə gün çəkəcək? Axı bu kəndin ən axırıncı evinə kimi qaz borusu çəkilib, hətta məktəbin qulağının dibindəki evlərdə belə, qaz var. Niyə bir nəfər qabağa durub, o qazı məktəbin istixanasına çəkmir. Nə qədər olar bu cür özbaşınalıq?"

 

 

 

скачать dle 12.1
Xəbər lenti