TQDK-da biologiya fənni üzrə test tapşırıqları müzakirə edilib

19-10-2015, 23:59
0
TQDK-da biologiya fənni üzrə test tapşırıqları müzakirə edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Biologiya fənni üzrə keçirilən seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş müvafiq test tapşırıqları elmi-metodiki baxımdan müzakirə edilib.
 
TQDK-dan verilən məlumata görə, seminarda test tapşırıqlarının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil olunub.
 
Bildirək ki, oktyabrın 22-də test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.
скачать dle 12.1
Xəbər lenti