Azərbaycanda istedadlı şagirdlərin “Məlumat bankı”ı yaradılacaq

26-10-2015, 16:27
0
Azərbaycanda istedadlı şagirdlərin “Məlumat bankı”ı yaradılacaq
Azərbaycanda ümumtəhsil məktəblərində təhsil alan ayrı-ayrı sahələr üzrə istedadlı şagirdlər barədə rayon və şəhərlər üzrə “Məlumat bankı”ı yaradılacaq.
 
Bu, təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planı barədə əmrində qeyd edilib.
 
Əmrə əsasən, istedadlı şagirdlərin iştirakı ilə məktəb və rayon (şəhər) daxilində bilik yarışlar, müsabiqə və layihələr, intellektual oyunlar təşkil olunacaq.
 
Əmrə əsasən, buraxılış siniflərində təhsilin keyfiyyət göstəricilərinin monitorinqinin keçirilməsi, şagirdləri buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr qazanmayan məktəblərin fəaliyyətinə rəhbərlik və nəzarətin gücləndirilməsi istiqamətində təşkilati işlər görüləcək. Təhsilin keyfiyyəti sahəsində uğurlu nəticələr əldə etmiş məktəblərin və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.
скачать dle 12.1
Xəbər lenti