Təhsil Nazirliyi ilə ƏƏSMN birgə layihə hazırlayır

25-11-2015, 17:29
0
Təhsil Nazirliyi ilə ƏƏSMN birgə layihə hazırlayır
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Təhsil Nazirliyi ali təhsil müəssisələrini bitirən məzunların işlə təmin olunması sahəsində mövcud problemi aradan qaldırılması üçün danışıqlar aparıb."
 
 
Bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
 
Onun sözlərinə görə, növbəti ildən bütün universitetlər üzrə onların məzunlarının işlə təmin olunması səviyyəsini müəyyən eləmək üçün ƏƏSMN-da fəaliyyət göstərən elektron əmək müqavilələrinin qeydiyyatı sisteminə əmək nazirinin çıxışı veriləcək. Təhsil Nazirliyi həmin çıxışdan istifadə etməklə hansı universitetin il ərzində buraxılmış məzununun neçə faizinin əmək bazarında işlə təmin olunmasını elan edə biləcəklər. Çünki məzunlar universitetlərin məhsulunun əsas istifadə göstəricisidir.
скачать dle 12.1
Xəbər lenti