Azərbaycanda təhsil sahəsi üzrə bir çox yeni qanun layihələri qəbul oluna bilər

9-12-2015, 16:58
0
Azərbaycanda təhsil sahəsi üzrə bir çox yeni qanun layihələri qəbul oluna bilər
Azərbaycanda təhsil sahəsi üzrə bir çox yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulur.
 
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında bildirib ki, "Elm haqqında" qanun layihəsinin təkmilləşdirilməsi ilə yanaşı, məktəbəqədər təhsil, ali təhsil, peşə təhsili və orta təhsil haqqında qanun layihələrinin hazırlanmasına da ehtiyac var: "2016-2017-ci ilədək elm və təhsil haqqında əsas qanun layihələrinin hazırlanmasına və qəbul olunmasına nail olmaq əsas vəzifəmiz olmalıdır. Bunun üçün AMEA-nın potensialından da istifadə etmək olar".
 
İ.Həbibbəyli qeyd edib ki, məktəbəqədər təhsillə bağlı qanun layihəsinin hazırlanması bu gün olduqca zəruridir: "Bu layihə hazırlanarkən mövcud reallıqlar nəzərə alınmalı, dünya təcrübəsi də öyrənilməlidir".
скачать dle 12.1
Xəbər lenti