2 yaşlı qızını başqa qadına verib qaçan ana tapıldı

17-12-2015, 12:35
0
2 yaşlı qızını başqa qadına verib qaçan ana tapıldı
Mingəçevir şəhərində körpə qız övladını parkda müvəqqəti saxlamaq üçün tanımadığı şəxsə verərək qaçan qadının kimliyi məlum olub.
 
Xəbərə görə, Mingəçevir şəhəri, Nizami küçəsi 5, mənzil 37 ünvanında müvəqqəti məskunlaşan, 1975-ci il təvəllüdlü Bağırova Xuraman Abbas qızı Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına gedərək uşağını oradan götürüb.
 
Xuraman Bağırovanın yaşamağa evi olmadığı üçün uşağını saxlaya bilmədiyi bildirilir.
 
Sanatoriyadan verilən məlumata görə, Xuraman Bağırova onlara müraciət edərək 20 gün öncə Bakıya müalicə olunmağa gedərkən bir qadına verdiyi uşağını istəyib. O, uşağının adının Yağmur Bağırova olduğunu bildirib. Sənədlə dəqiqləşdirilmə aparıldıqdan sonra uşaq anasına verilib.
 
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 
 
скачать dle 12.1
Xəbər lenti