Rezidenturanı bitirən həkim-mütəxəssislərə diplomlar verilir
1-02-2016, 16:45
0
Rezidenturanı bitirən həkim-mütəxəssislərə diplomlar verilir
Azərbaycan Tibb Universitetinin (ATU) rezidenturasını bitirən həkim-mütəxəssislər diplomlarını almaq üçün müraciət edə bilərlər.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, 2014/2015-ci tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislər rezidentura təhsili diplomlarını əldə etmək üçün fevral ayının 1-dən etibarən saat 10.00-dan 17.00-dək ATU-nun rezidentura şöbəsinə (3-cü mərtəbə) müraciət edə bilərlər.
Diplomu götürmək üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
скачать dle 12.1