Mikayıl Cabbarov Regional idarələrin əsas məqsədini açıqlayıb

15-02-2016, 15:32
0
Mikayıl Cabbarov Regional idarələrin əsas məqsədini açıqlayıb
Təhsil naziri Mikayıl Cabbarov Ağstafada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. M.Cabbarov görüşdə Regional təhsil idarələrinin yaradılması layihəsinin əsas məqsədini açıqlayıb: "Yanvarın 1-dən regional maliyyə hesablaşma idarələri fəaliyyətə başlayıb. Bu proses davam edir və bu il may ayının sonuna qədər başa çatacaq. Regional təhsil idarələrinin yaradılması layihəsinin əsas məqsədi təhsil sahəsinə yönəlmiş sərmayələrin daha səmərələri istifadəsi nəticəsində təhsil sistemində nailiyyətlərin daha da yüksəldilməsinə xidmət edəcək". 
 
Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə keçirilən görüşlərin əsas məqsədi əhalini dinləmək, fikir və təkliflərini öyrənmək, qaldırılan məsələlərin həllinə nail olmaqdır.
 
Görüşdə iştirak edən ictimaiyyət nümayəndələri əsasən kəndlərdə illər öncə tikilən və hazırda qəzalı vəziyyətdə olan məktəb binalarının yenilənməsi üçün müraciət edib.
скачать dle 12.1
Xəbər lenti