Dövlət təhsil müəssisələrinin ərazisini özəlləşdirmək olmaz - Nazirlik
16-02-2016, 12:15
0
Dövlət təhsil müəssisələrinin ərazisini özəlləşdirmək olmaz - Nazirlik
Qanunvericiliklə dövlət təhsil müəssisələrinin ərazisinin özəlləşdirilməsi qadağan edilib.
Bu barədə Təhsil Nazirliyinin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsindən bildirilib.
Qeyd olunub ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə dövlət icbari ümumi orta təhsil müəssisələrinin özəlləşdirilməsi qadağandır: ""Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 37.6-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna olunmaqla) özəlləşdirilməsi, habelə Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnamələrinə görə dövlət mülkiyyətində olan ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin özəlləşdirilməsi qadağandır".
"Nazirlər Kabinetinin 13.01.2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 10.13-cü bəndinə əsasən, ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz", - deyə şöbədən bildirilib.
скачать dle 12.1