Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizə qəbulunun vaxtı bilindi
28-02-2016, 20:54
0
Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizə qəbulunun vaxtı bilindi
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi üçün elektron ərizə qəbulunun vaxtı açıqlanıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən deyilib.
Qeyd olunub ki, mövcud qaydalara əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi üçün elektron ərizələrin qəbulu tədris ilinin sonunda həyata keçiriləcək.
скачать dle 12.1