Nazirlik: Sıxlıq olan məktəblərdən şagirdlər köçürüləcək

7-03-2016, 15:37
0
Nazirlik: Sıxlıq olan məktəblərdən şagirdlər köçürüləcək
Ümumtəhsil məktəblərindən bəzilərində müşahidə olunan şagird sıxlığı əhalinin məskunlaşma səviyyəsi ilə bağlıdır. Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna verilən cavaba görə, Bakının Binəqədi, Sabunçu, Xəzər rayonlarında əhalinin yerdəyişməsinin intensivliyi məktəblərdə şagird sıxlığı yaradan səbəblərdəndir. Bəzi məktəblərin nəzdində məcburi  köçkün məktəblərinin yerləşməsi də şagird sıxlığına səbəb olur. 
 
Məlumatda qeyd edilib ki, sıxlığın aradan qaldırılmasında yeni məktəb binalarının tikintisinin xüsusi rolu var. Eyni zamanda, rasionallaşdırma tədbirlərinin məqsədyönlü həyata keçirilməsi, yəni yaxın ərazidəki nisbətən az kontingentli məktəblərə sıxlıq olan məktəblərdən şagirdlərin köçürülməsi yolu ilə də problemin həllinə nail olmaq mümkündür. Bu məqsədlə hazırda Nnazirlik tərəfindən təhlillər aparılır və nəticəsindən asılı olaraq təkliflər hazırlanacaq.
скачать dle 12.1
Xəbər lenti