Kolleclərin boş qalan plan yerlərinə əlavə ixtisas seçimi aparılacaq

31-08-2016, 15:24
0
Kolleclərin boş qalan plan yerlərinə əlavə ixtisas seçimi aparılacaq

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı dünən başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyaslndan verilən məlumata görə, müsabiqə nəticəsində 152 boş yer qalsa da, qeydiyyat prosesi bitdikdən sonra məlum olub ki, 1068 abituriyent qəbul olduğu orta ixtisas məktəbində qeydiyyatdan keçməyib.

Beləliklə, boş qalan plan yerlərinin sayı ümumilikdə 1220 olub.

Tam orta təhsil bazasında müsabiqədə iştirak edən, lakin qəbul ola bilməyən abituriyentlərin sayı isə 11 minə yaxındır. Həmin abituriyentlər boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 4 sentyabr saat 23:59‑dək ixtisas seçimi aparılacaq.

İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2016-cı ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Qeyd edək ki, hər hansı təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı 1 sentyabrda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

скачать dle 12.1
Xəbər lenti