Məktəb direktorları üçün yeni layihə həyata keçirilir

20-09-2016, 18:59
0
Məktəb direktorları üçün yeni layihə həyata keçirilir
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb rəhbərlərinin davamlı peşəkar inkişafını təmin etmək məqsədilə yeni layihəyə start verir.  Təhsil Nazirliyindən verilən xəbərə görə, "Direktorlar klubu" adlanan layihə məktəb direktorlarına yeni məlumatların çatdırılması, peşəkar məsləhətlərin verilməsi, təlim və seminarların keçirilməsi, ölkədə və dünyadakı qabaqcıl təcrübənin öyrənilməsi və ötürülməsi məqsədi daşıyır.
 
Bu məqsədlə TİPİİ Bakı şəhərində fəaliyyət göstərən məktəb direktorlarını sentyabr 28-də layihənin TİPİİ-də keçiriləcək təqdimat və məlumatlandırma seminarına dəvət edir. Təqdimat zamanı kluba üzvlük şərtləri, qaydalar, fəaliyyət planı, nəzərdə tutulan seminar və təlimlər haqqında məlumat veriləcək. Məlumatlandırma seminarı 2 saat davam edəcək.
 
Seçim zamanı yer məhdudiyyətini nəzərə alaraq, üstünlük ilkin müraciət edənlərə veriləcəkdir. Seminara dəvət məktubu müraciət etmiş direktorların elektron poçt ünvanınıza göndəriləcək. 
скачать dle 12.1
Xəbər lenti