Abituriyentlərin nəzərinə: Bu gün son gündür

10-09-2015, 16:29
0
Abituriyentlərin nəzərinə: Bu gün son gündür
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı davam edir.
 
TQDK mətbuat xidmətinə istinadən bildirir ki, 8 sentyabr saat 14:30-a olan məlumata görə tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan 904 abituriyentdən 295 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.
 
Qeydiyyat (sentyabrın 10-dək) bu gün saat 9:00-dan 17:00-dək davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.
скачать dle 12.1
Xəbər lenti