Bakı Mühəndislik Universiteti yaradılacaq

10-11-2016, 17:52
0
Bakı Mühəndislik Universiteti yaradılacaq
Azərbaycan prezidenti İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.
 
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək Bakı Mühəndislik Universiteti  ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparacaq.
 
Nazirlər Kabinetinə Bakı Mühəndislik Universitetinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.
скачать dle 12.1
Xəbər lenti