Texnologiya Universitetində 4 dekan işdən çıxarıldı

29-08-2015, 19:08
0
Texnologiya Universitetində 4 dekan işdən çıxarıldı
Azərbaycan Texnologiya Universitetində kadr dəyişikliyi olub.
 
Ali təhsil müəssisənin mövcud 4 fakültəsinin hər birinin dekanı - standartlaşdırma və texnoloji maşınlar fakültəsinin dekanı, dosent Namiq Əsgərov, qida məhsullarının texnologiyası və turizm fakültəsinin dekanı, dosent Arzu Həsənov, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Xalidə Ağayeva və istehlak mallarının texnologiyası və ekspertiza fakültəsinin dekanı, dosent Namiq Davudov avqustun 4-dən öz ərizələri ilə tutduqları vəzifədən azad olunublar. Növbəti dekan seçkiləri keçirilənədək onların vəzifəsinin icrası dekan müavinlərinə həvalə olunub. 
 
Hazırda dekan vəzifələrinin icrası müvafiq olaraq standartlaşdırma və texnoloji maşınlar fakültəsində Qəhrəman Namazova, qida məhsullarının texnologiyası və turizm fakültəsində Hafiz Əsgərova, iqtisadiyyat və idarəetmə fakültəsində İsa Əhmədova, istehlak mallarının texnologiyası və ekspertiza fakültəsində isə Babək Fərzəliyevə həvalə edilib
скачать dle 12.1
Xəbər lenti