Ucqar dağ kəndinin tarix müəlimindən təhsil nazirinə müraciət

14-09-2015, 18:18
0
Ucqar dağ kəndinin tarix müəlimindən təhsil nazirinə müraciət
Tovuz rayonu,C.Sadıqov adına Qədirli kənd tam orta məktəbin tarix müəllimi Nəsirli Nüsrət  redaksiyasına məktub yazaraq, Təhsil naziri Mikayıl Cabbarova müraciət edib. Sənəddə deyilir:
 
"Mən Sizə bir neçə dəfə müraciət etmişəm. Və , növbəti dəfə müraciət edirəm.
 
Məlum olduğu kimi artıq XXI əsrdir.Bütün sahələrdə olduğu kimi təhsildə də yeniliklər tətbiq olunur və bu zəruridir.İndi elə bir dövrdür ki, yeniliklərsiz keçinmək qeyri-mümkündür.Biz müəllimlər də bu inkişafdan kənarda qala bilmərik və öz dərslərimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq.Lakin,elə işlər var ki, bu bizlərin imkanları xaricindədir.
 
Mən bir tarix müəllimi olaraq öz dərslərimdə,İKT-dan,internetdən,kompüterdən,proyektordan istifadə etmək istəyirəm, dərslərimi daha rəngarəng keçmək istəməklə,müsabiqələrdə iştirak etmək istəyirəm.Lakin,bizim (mənim) buna heç cür imkanımız yoxdur.Əlimdən gələni özüm öz zəhmətimlə etmişəm,sinif otağını təmir etmişəm,parta,qapı,pəncərələri boyamışam,sinfə elektrik  xətti çəkmişəm və s...Amma,elə işlər var ki,mənim imkanım xaricindədir.Bunlarsız isə dərsləri günün tələbləri səviyyəsində,Kurikulumun tələblərinə uyğun qurmaq mümkün deyil.Ona görə də xahiş edrəm aşağıdakı əyani vəsaitlərin bizim məktəbə verilməsinə sərəncam verəsiniz:
 
1-Notbook -1 ədəd
2-Proyektor -1ədəd
3-Printer -1ədəd
4-Azərbaycan tarixi atlası
5-"Azərbaycan qədim dövrdə"audiovizual tədris vəsaiti
6-İbtidai icma dövrünə aid şəkillər,slaydlar
7-"Milyon il bundan əvvəl" bədii filmi və digər tarixi filmlər
8-Avropa,Şərq,Amerika,Afrika,Asiya ölkələrinin qədim və müasir dövrlərinə aid video filmlər,xəritələr,atlaslar
9-Tarixi slaydlar,sxemlər,şəkillər
10-Ümumiyyətlə,Tarix fənninə aid əyani vəsaitlər.
 
Sizə əvvəlcədən öz dərin təşəkkürümü bildirməklə ümid edirəm ki,mənim bu müraciətim diqqətdən kənarda qalmayacaq.
 
Hörmətlə: Tovuz rayonu,C.Sadıqov adına Qədirli kənd tam orta məktəbin tarix müəllimi Nəsirli Nüsrət Fəttah oğlu"
скачать dle 12.1
Xəbər lenti