Təhsillə bağlı dəhşətli statistika

17-09-2015, 21:56
0
Təhsillə bağlı dəhşətli statistika

İqtisadçı-ekspert Rövşən Ağayev kənd məktəblərində dərsdən yayınma hallarının artmasından yazıb və bunun səbəblərini göstərib: “Rəsmi statistikanın məlumatına görə, 1990-cı illə müqayisədə hazırda kənd və şəhər əhalisinin sayı eyni səviyyədə artıb – həm kənddə, həm şəhərdə yaşayan əhalinin sayı təxminən 1.2 milyon nəfər çoxalıb (ölkə üzə 2.4 milton nəfərdən bir qədər çox). Amma ötən il 25 müddətində şəhər yerlərində təhsil alan orta məktəb şagirdlərinin sayı 15% və ya 103 min nəfər artıb, kənd yerlərində əksinə 19% və ya 130 min nəfər azalıb.

 Məsələ burasındadır ki, rəsmi statistikaya görə şəhər və kənd yerlərində məktəbyaşlı (6-17 yaş) uşaqların sayı eynidir -hər birində təxminən 780 min nəfər (ölkə üzrə 1,560 millyon nəfər).
1990-cı ildə bütün orta məktəb şagirdlərinin 49%-i şəhərlərdə oxuyurdu, indi bu rəqəm 59%-ə yaxınlaşır.
Kənd və şəhərlərdə məktəbyaşlı uşaqların sayının eyni olmasına baxmayaraq, faktiki oxuyanların say nisbətində belə kəskin fərqin yaranması, həmçinin kənddə sayın sürətlə azalması fonunda şəhərdə artmasının 2 səbəbi ehtimal edilir:

1) kənddə məktəb yaşlı uşaqların məktəbdən yayınma səviyyəsi və tam orta təhsil (11 illik) maraq göstərməmə səviyyəsi daha yüksəkdir;

2) Hökumətin kənd və şəhər əhalisinin sayı ilə bağlı rəsmi məlumatı gerçəkliyi əks etdirmir – yəni şəhərdə qeydiyyatsız məskunlaşmış kənd əhalisinin sayı xeyli çoxdur.

Yəqin ki, hər 2 ehtimalın təsiri var”.

скачать dle 12.1
Xəbər lenti