Son dövrlərdə Respublika Elm-Təhsil nazirliyinin "yarıtmaz" əməllərindən bəhs olunan onlarla yazı - video çəkilişlərinə rast gəlinir... İstər-istəməz ictimai şüuru bütün təhsil müəsisələrində rüşvətxorluq , korrupsiya oldugu barədə fikirlərlə yükləyirlər... Aydın məsələdir ki. belə halları ictimailəşdirən "xüsusi "təyinatlı" trollardır... Sözüm onda deyil... Bir neçə gün əvvəl Sabunçu rayon 80 - saylı məktəbin qarşısında bir dostumuzun nəvəsinin dərsdən çıxmasını gözləyirdik... Məktəb şagirdlərinin nizam-intizamı, yüksək mənəvi intellektualı səviyyəsi nəzərimi cəlb etdiyindən bu müəsisə haqqında yazmaq fikrində oldum... Məktəbin mühafizəçisi, agsaqqal Tofiq kişi məktəb ərazisində dərs saatı oldugunu və bizim ora girişimizin tədrisə "mənfi" təsir edəcəyini nəzərimizə çatdırdı... Tofiq kişiyə təşəkkür edərək məktəbdən kənar araşdırma apardıq... Valideyinlərin bildirdiyinə görə TƏRANƏ Müzəffərova adlı xanım müəllimə bu tədris ocagına rəhbər təyin olunan gündən, bu məktəbdə təhsil ən yüksək səviyyədə şagirdlərə tədris olunur... Hətta Tofiq kişinin dediyinə görə istər müəllim günündə, istərsə də bayramlarda Təranə xanım Müzəffərovun xüsusi göstərişi ilə əlində hədiyyə olan şagirdlər və valideyinləri məktəbə buraxılmayıb... Araşdırma nəticəsində məlum oldu ki , bu təhsil müəsisəsinin məzunlarının ali və orta ixtisas müəsisələrinə qəbul olunması rekord səviyyəsindədir... Eşq olsun Təranə xanım kimi maarifpərvər ,gözü könlü tox olan məktəb direktorlarına...! P.S. mövzuya qayıdacam...