3 gündə 13 milyon iPhone satdı

29-09-2015, 01:30
0
3 gündə 13 milyon iPhone satdı

Apple Inc. yeni cihazlarını bazar təqdim etdiyi ilk həftənin son günləri ərzində (ilk 3 gündə) 13 milyon ədəd iPhone satışı həyata keçirib.

Pekindən Nyu-York-a qədər məhsulu gözləyənlər yeni cihaza ilk sahib olanlar arasında olmaq üçün mağazalara axın ediblər.

Apple həftəsonu satış rekordunu da qırıb. Əvvəlki rekord iPhone 6 və 6 Plus satışa çıxdığı həftə sonunda 10 milyon satış rəqəmini aşılması ilə qırılmışdı.

Apple-ın İcraçı direktoru Tim Kuk məsələ ilə bağlı, “iPhone 6S və 6S Plus satışları inanılmazdır. Müştərilərimiz 3D Touch və canlı şəkil xüsusiyyətlərinə “vuruldu” – şərhini edib.

Satış rəqəmlərinin açıqlanmasının ardından Apple-ın səhmləri 0.1 faiz dəyər qazanıb.

Çindəki satışlar nəticələrin yüksəlməsinə təkan verib. Apple üçün Çin getdikcə daha kritik bir bölgəyə çevrilir. Şirkət, Çində ötən il ilk satış zamanı 10 milyon ədəd iPhone 6 və 6 Plus satışı həyata keçirmişdi.

Qeyd edək ki, Apple yeni iPhone 6S və 6S Plus modellərini Sentyabrın 9-da təqdim edib. Yeni telefon modellərinin satışına isə 25 Sentyabrdan start verilib. iPhone 6S və iPhone 6 Plus 25 Sentyabrdan etibarən Avstraliya, Kanada, Çin, Fransa, Almaniya, Honq Konq, Yaponiya, Yeni Zelandiya, Porto Riko, Sinqapur, Birləşmiş Krallıq və ABŞ-da satışa çıxardılıb.

Yeni iPhone 9 Oktyabrdan etibarən aralarında İtaliya, Mekasika, Rusiya, İspaniya və Tayvanın da olduğu daha 40 ölkədə daha satışa təqdim olunacaq.

скачать dle 12.1
Xəbər lenti