Oktyabrın 1-dən Azərbaycan telekanalları yeni yayım formatına keçəcək

29-09-2015, 20:43
0
Oktyabrın 1-dən Azərbaycan telekanalları yeni yayım formatına keçəcək
Oktyabrın 1-dən Azərbaycanda fəaliyyət göstərən üç televiziya kanalı HD formatlı yayıma keçəcək. Bu barədə "Report"a Milli Televiziya və Radio Şurasının texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.
 
O, oktyabrın 1-dən yeni yayım formatına keçəcək televiziya kanallarının adlarını da açıqlayıb: "Bu sıraya AzTV, "İdman Azərbaycan" və "CBC Sport" kanalları daxildir".
 
Şöbə rəhbəri bildirib ki, yeni yayım formatına keçidlə bağlı ötürücülər quraşıdırlıb, texniki işlər başa çatdırılıb. Onun sözlərinə görə, digər televiziyaların yeni yayım formatına keçməsi yaxın günlərdə gündəmdə olmayacaq: "HD formatlı yayıma keçəcək olan idman telekanallarında buna ehtiyac var idi". 
скачать dle 12.1
Xəbər lenti