Avtobuslara quraşdırılmış yeni izləmə avadanlıqları test edilir

11-11-2015, 17:30
0
Avtobuslara quraşdırılmış yeni izləmə avadanlıqları test edilir
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi  avtobuslara quraşdırılmış yeni izləmə avadanlıqları test edir.
 
NİİM-dən verilən məlumata görə, hazırda Ziya Bünyadov prospektində 12 dayanacaqdakı Avtobus İnformasiya Terminallarında avtobuslara quraşdırılmış yeni izləmə avadanlıqları ilə inteqrasiya prosesi test edilir.
 
Mərkəzdən qeyd ediblər ki, yaxın müddətdə paytaxtın bütün dayanacaqlarındakı monitorlarda avtobusların çatma vaxtı və yenilənən bütün marşrut xətləri haqda informasiyalar öz əksini tapacaqdır.
скачать dle 12.1
Xəbər lenti