Selfi həvəskarları üçün yeni mükəmməl güzgü - FOTO-VİDEO

19-11-2015, 17:21
0
Selfi həvəskarları üçün yeni mükəmməl güzgü - FOTO-VİDEO

Amerikanın Smart Ltd şirkəti mobil telefon və ya fotoaparatdan istifadə etmədən fotoşəkil çəkməyə imkan verən yeni qurğu ixtira edib.

Güzgünün vasitəsilə professional şəkil və video çəkərək İnstagram və YouTube-a yükləmək mümkündür. Güzgü sensor panel vasitəsilə idarə edilir.

Qacet hərəkət datçikləri ilə təchiz edildiyinə görə müşahidə rejimində işləyə və evdə baş verən hadisələri çəkib sahibin telefonuna göndərə bilər. Qurğu vasitəsilə həm də musiqi dinləmək mümkündür.

Məlumata əsasən, yeni ixtira selfi çubuğu ilə rəqabət apara biləcək.

Qacetin qiyməti onun ölçüsündən asılıdır. Məsələn, 68,5 x 199,3 sm ölçülü güzgünün dəyəri 250 dollar, 68,5 x 80 sm ölçülü selfi-güzgünün dəyəri 200 dollar təşkil edir.

 

скачать dle 12.1
Xəbər lenti