Dəm qazından ölümlərə çarə tapdı - FOTO

19-11-2015, 17:24
0
Dəm qazından ölümlərə çarə tapdı - FOTO
Havalar soyuyub. Dəm qazından zəhərlənmə halları qeydə alınır, qoxusuz ölüm canlar alır. Kəpəz TV (Region TV) xəbər verir ki, Ağstafa sakini bu cür neqativ halların yaşanmaması üçün maraqlı ixtira edib. 78-dən çox elmi məqalənin müəllifi olan Dağ Kəsəmən kənd sakininin ixtirası qaz xətlərində sızma və qəzaların dərhal aşkarlanmasına hesablanıb. 
 
"Avtomatik təzyiqtənzimləyici qurğu" adlandırdığı ixtirasının tətbiq edilməsi üçün aidiyyəti qurumlara müraciət etdiyini deyən 79 yaşlı Hacı Nəbiyev insanlara fayda verəcəyinə əmindir. İxtiraçının sözlərinə görə, qurğudan istifadəyə başlansa, qaz xətlərində qəzaların vaxtında aşkarlanmasına nail olmaq mümkün olacaq.
 
Hacı Nəbiyevin növbəti ixtirası "Yeraltı metal qurğuların korroziyadan məsafədən avtomatik elektrokimyəvi mühafizə üsulu və onun yerinə yetirilməsi üçün qurğu" adlanır. Belə ki, bu ixtiranın tətbiqi nəticəsində boru kəmərlərində daha uzun məsafəli mühafizə şəbəkəsi yaratmaq və mühafizədə dəqiq rabitə əlaqəsi təmin etməklə kəmərdə hər hansı qəza və müdaxiləni anında bilmək olar. 
 
Dağ Kəsəmən kənd sakini 50 il qaz və rabitə sahəsində çalışıb. İxtisasca avtomatik elektrik-rabitə mühəndisi olan Hacı Nəbiyev qaz istismarı və rabitə sahəsindəki fəaliyətinə görə 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib. 
 
Dəm qazından ölümlərə çarə tapdı - FOTO
 
Dəm qazından ölümlərə çarə tapdı - FOTO
 
Dəm qazından ölümlərə çarə tapdı - FOTO
 
Dəm qazından ölümlərə çarə tapdı - FOTO
скачать dle 12.1
Xəbər lenti