"Windows" 30 yaşında: nə kimi yol gedilmişdir?

25-11-2015, 18:16
0
"Windows" 30 yaşında: nə kimi yol gedilmişdir?
"Microsoft" "Windows" şirkəti 30 yaşını qeyd etməkdədir. 30 il əvvəl 1985-ci ildə yaranan şirkət, 30-illik tarixində müasir PC və kompüterlərin lider əməliyyat sistemi olaraq qalmaqdadır. Günümüzdə "ağıllı" texnologiyalarda və mobil cihazlarda, öz əməliyyat sistemi ilə, "iOS" və "Android" əməliyyat sistemlərindən geri qalsa da, kompüter əməliyyat sistemlərində bu gün də öz liderliyini qoruyub saxlamaqdadır. Bundan əlavə, dünyanın ən varlı insanı olan Bill Qeytsin "Microsoft" şirkətinin qurucusu olması, şirkətin bu 30 ildə bütün dünyada məşhur olmasına səbəb oldu.
 
Şirkətin 30 illik tarixinə ümumi baxış:
 
İlk "Windows" 1985-ci ildə yaranmış, "Windows" ailəsinin ilk üzvü olaraq, 30-illik tarixi başlatdı. "Microsoft" şirkətinin ilk əməliyyat sitemi olan "MS-DOS"-dan fəqli olaraq, "Windows"un ilk versiyasında, birdən çox əməliyyat sistemi ilə əlaqə qura bilmək bacarığı, yeni versiyaya əlavə edildi.
 
"Windows 1.0" ilə, "Microsoft", əməliyyat siteminin digər əməliyyat sistemləri ilə əlaqəsini kəsərək, artıq öz şəxsi əməliyyat sistemini yaratmaq qərarını aldı. Kompüter bazarında lider olmasına baxmayaraq, bu sahədə də bir nömrəli rəqibi "Apple" şirkətinin kompüter əməliyyat sistemi olan "Mac OS"-dur. "Windows" əməliyyat sisteminin sonuncu üzvü isə, 2015-cü ildə nümayiş edilən "Windows 10" əməliyyat sistemi oldu.
 
"Microsoft" şirkəti bu 30 ildə bir çox əməliyyat sistemlərindən istifadə edib. Bu əməliyyat sistemlərinə misal olaraq: "İBM" üçün "MS-DOS" əməliyyat sistemini, daha sonra isə, "Windows 32 -bit", "64 -bit" əməliyyat sistemlərini göstərmək olar.
 
Bu böyük "Windows" ailəsi 30 ildə nə kimi dəyişiklərə məruz qalıb - gəlin birgə baxaq:
 
"Windows 1.0" (1985) - İlk "Windows" satışa təqdim olundu.
 
"Windows 2.0" (1987) - Bu versiyaya, yeni ofis qrafik və proqramları olan "Excel" və "Word for Windows" proqramları, əməliyyat sisteminə daxil edildi.
 
"Windows 3.0" (1990) - "Microsoft Windows", əsl uğuru "Windows 3.0" ilə qazandı. Yerli imkanlardan əlavə, yeni "Windows 3.0"-də istifadəçiyə daxili yaddaşın miqdarını artırmaqla, daha yaxşı və daha çətin təlimatlar verməyə imkan yaratdı.
 
"Windows NT 3.5" (1994) - Bu versiya ilə, "Microsoft" şirkəti daha təhlükəsiz və daha mühafizəkar proqramlarda məlumatları saxlamaq bacarığına malik proqramları, yeni versiyaya istifadəçilər üçün əlavə etdi.
 
"Windows 95" (1995) - Başlama və start menüları, "İnternet Explorer" internet brauzeri və təlimatlar qələmi ilk dəfə bu versiyaya əlavə edildi.
 
"Windows 98" (1998) - "Windows 98" versiyası ilə bərabər, "İnternet Explorer"in yeni versiyası gəlib.
 
"Windows ME" (2000) - "Windows Movie Maker" və "Windows Media Player 7.0" bu versiyaya əlavə edildi.
 
"Windows 2000" (2000) - "Windows 2000"-də əsasən təkmilləşmə işləri aparıldı və axtarış sisteminin yaradılması ilə diqqət çəkdi.
 
"Windows XP" (2001) - Çoxlu yeni proqramlarla gələn yeni versiya, əvvəlki versiyaların təkmilləşmiş, amma yeni proqramların az olması ilə satışa çıxarıldı.
 
"Windows Vista" (2007) - İlk DVD qeydə qalmaq və RSS kimi funksiyalarla, "Windows Vista" satışa çıxarıldı.
 
"Windows 7" (2009) - "Windows"un bu versiyası daha çox gündəmdə qalmağı ilə fərqləndi. Günümüzdə bəzi kompüterlər hələ də bu versiya ilə işləməkdədir. Buna səbəb isə, yeni funksiyaların daha rahat və sadə dildə olmasıdır.
 
"Windows 8" (2012) - "Windows 7"-nin davamçısı olaraq, təqdim olunan əməliyyat sistemi, "Windows 7"-də olan bütün funksiyalara malik olması və ondan ilhamlandığı, tam açıqlığı ilə görsənirdi.
 
"Windows 10" (2015) - bu versiya ilə əməliyyat sistemi bir çox şirkətlərə pul qarşılığında satılaraq, tarixində bir ilkə imza atdı. Bu şirkətlər arasında, "Xbox One", "Microsoft Edge" və "PC"-lər yer almaqdadır./shiftdelete.net/
скачать dle 12.1
Xəbər lenti